Menyu

Səfirlik: ABŞ və Azərbaycan prezidentləri Davosda regional sülh və əməkdaşlığa sadiqliklərini vurğulayıblar

Operativ Media
Səfirlik: ABŞ və Azərbaycan prezidentləri Davosda regional sülh və əməkdaşlığa sadiqliklərini vurğulayıblar

Prezident Donald Tramp və Prezident İlham Əliyev yanvarın 22-də Davosda ABŞ–Azərbaycan münasibətləri və regional sülh məsələlərini müzakirə etmək üçün görüşüblər.

Operativ Media xəbər verir ki, bu barədə ABŞ səfirliyinin məlumatında bildirilir.

Məlumatda qeyd olunub ki, tərəflər avqustun 8-də keçirilmiş Sammitdə əldə olunan razılaşmalara sadiqliklərini təsdiqləyərək ikitərəfli əlaqələrin möhkəmləndirilməsi və əməkdaşlığın artırılmasının vacibliyini vurğulayıblar.

Liderlər həmçinin Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması istiqamətində irəliləyişləri, eləcə də TRIPP təşəbbüsü sayəsində regional əlaqəliliyin, əməkdaşlığın və ticarətin əhəmiyyətini qeyd ediblər.


Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər