Menyu

Ceyhun Bayramov İran XİN rəhbərinin müavini ilə regional məsələləri müzakirə edib

Operativ Media
Ceyhun Bayramov İran XİN rəhbərinin müavini ilə regional məsələləri müzakirə edib
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov 23 yanvar tarixində ölkəmizdə səfərdə olan İran İslam Respublikasının xarici işlər nazirinin müavini Vahid Cəlalzadəni qəbul edib.

XİN-dən Operativ Media-ya verilən məlumata görə, görüş zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, İranda son gərginlik və regional məsələlər müzakirə olunub.

Nazir müavini Vahid Cəlalzadə İranda son gərginlik və hazırki vəziyyət barədə ətraflı məlumat verib. Nazir Ceyhun Bayramov isə İranda sabitliyə önəm verdiklərini vurğulayıb və son hadisələrdə həlak olanların ailələrinə başsağlığı diləklərini çatdırıb.

Görüşdə Azərbaycanla İran arasında dost münasibətlərin inkişafında ölkə prezidentləri arasında təmasların, qarşılıqlı səfərlərin və mövcud siyasi dialoqun vacibliyi qeyd olunub. Ümumi maraq kəsb edən məsələlərin müzakirəsinin əməkdaşlığın genişləndirilməsinə töhfə verdiyi bildirilib.

Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının işi məmnunluqla qeyd olunub. Tərəflər həmçinin nəqliyyat və kommunikasiya sahələrində əməkdaşlığın perspektivlərini müzakirə edib, regiondan keçən bir sıra layihələrin inkişafda mühüm rol oynadığını vurğulayıblar.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Fotogalereya

Əlaqəli Xəbərlər