Menyu

Fransina Armenqol Sosias və Milli Məclisin sədri Sahibə Qafarova arasında görüş olub

Operativ Media
Fransina Armenqol Sosias və Milli Məclisin sədri Sahibə Qafarova arasında görüş olub

Bu gün ölkəmizdə rəsmi səfərdə olan İspaniya Krallığı Deputatlar Konqresinin sədri Fransina Armenqol Sosias və Milli Məclisin sədri Sahibə Qafarova arasında görüş olub

Bu barədə Operativ Media-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.

Görüşdə bu səfərin İspaniya parlament sədrinin Azərbaycana ilk səfəri kimi xüsusi əhəmiyyəti vurğulanıb.

Bildirilib ki, Azərbaycan Milli Məclisi sədrinin 2025-ci ilin mayında İspaniya Krallığına ilk rəsmi səfərindən sonra həyata keçirilən bu səfər İspaniya ilə Azərbaycan arasında parlamentlərarası əlaqələrin inkişafına göstərilən diqqətin bariz nümunəsidir.

Parlamentlərarası əməkdaşlığın mühüm rolundan danışan Milli Məclisin sədri parlamentlərimiz arasında əlaqələrin inkişafında qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edib, Azərbaycan parlamentində Azərbaycan-İspaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun fəaliyyətini vurğulayıb. Sahibə Qafarova Azərbaycanla Ermənistan arasında sülh prosesinin gedişi barədə məlumat verib.

Fransina Armenqol Sosias Bakıda ziyarət etdiyi Zəfər Muzeyi və ölkəmizdə gördüyü inkişaf barədə təəssüratlarını bölüşüb. O, İspaniyanın Azərbaycanın suverenliyini dəstəklədiyini və onunla müxtəlif sahələrdə əməkdaşlığın inkişafında maraqlı olduğunu diqqətə çatdırıb. Parlament sədri ölkələrimiz arasında iqtisadi sahədə mövcud olan münasibətlərin, o cümlədən enerji sektorunda əməkdaşlığın önəmindən danışıb, ispan şirkətlərinin Azərbaycanda fəaliyyətinin daha da genişləndirilməsinə hazır olduqlarını qeyd edib.

Söhbət zamanı parlamentlərarası əlaqələrin inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Əlaqəli Xəbərlər