Bolqarıstanda prezident səlahiyyətləri vitse-prezidentə keçib
Operativ Media
Bolqarıstan Konstitusiya Məhkəməsi Prezident Rumen Radevin istefasını təsdiqləyib.
Operativ Media xəbər verir ki, bu barədə “Novinite” nəşri məlumat yayıb.
Bununla da R.Radevin prezident səlahiyyətləri vitse-prezident İliyana Yotovaya rəsmən təhvil verilib.
Bolqarıstan Milli Radiosunun məlumatına əsasən, Konstitusiya Məhkəməsinin 12 hakimi yekdilliklə Radevin istefası ilə bağlı qərar qəbul edib.
Qərar bu gündən qüvvəyə minib.
Qeyd edək ki, R.Radev istefa ərizəsini yanvarın 20-də Konstitusiya Məhkəməsinə təqdim edib.
Ərizə təqdim olunduğu andan prezident səlahiyyətləri İliyana Yotovaya keçib.
O, 2027-ci il yanvarın 22-dək prezident vəzifəsini icra edəcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net