Menyu

Ceyhun Bayramovun rəhbərliyi ilə geniştərkibli kollegiya iclası keçirilib

Operativ Media
Ceyhun Bayramovun rəhbərliyi ilə geniştərkibli kollegiya iclası keçirilib

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində nazir Ceyhun Bayramovun rəhbərliyi ilə geniştərkibli kollegiya iclası keçirilib.

Operativ Media xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

İclasda Xarici İşlər Nazirliyinin rəhbər heyəti və struktur bölmə rəhbərləri iştirak edib.

Kollegiya iclası zamanı Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi xarici siyasət xəttinə uyğun olaraq 2025-ci il ərzində Xarici İşlər Nazirliyi tərəfindən görülən işlər, 2026-cı il üzrə əsas prioritetlər, ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, iqtisadi, iqlim və humanitar diplomatiya, beynəlxalq yardım səyləri, postmünaqişə dövründə diplomatik fəaliyyət, xaricdə Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının qorunması üzrə işlər və Xarici İşlər Nazirliyinin fəaliyyətinin təşkili məsələləri müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

Fotogalereya

Əlaqəli Xəbərlər