Menyu

Fidan: Sülh, sabitlik və rifaha töhfə verməyi davam etdirəcəyik

Operativ Media
Fidan: Sülh, sabitlik və rifaha töhfə verməyi davam etdirəcəyik

Balkanlarda sülh, sabitlik və rifaha töhfə verməyi, ortaq gələcəyə sərmayə qoyan addımları davam etdirəcəyik.

Operativ Media xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan özünün "X"dəki hesabında yazıb.

O bildirib ki, İstanbulda keçirilən Balkan Sülh Platformasının ikinci iclasına Türkiyə, Albaniya, Bosniya və Herseqovina, Monteneqro, Kosovo, Şimali Makedoniya və Serbiyanın xarici işlər nazirləri qatılıb.

"Ölkəmizin təşəbbüsü ilə həyata keçirilən bu platforma Balkanlarda dialoqu dərinləşdirmək və konkret əməkdaşlıq sahələri yaratmaq üçün vacib bir çərçivədir" , - H.Fidan qeyd edib.

Onun sözlərinə görə, tərəflər təqdim olunan mövzularda həmfikir olublar.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər