Hakan Fidan: Netanyahu Qəzzanın İdarə Heyətində mənim iştirakımın əleyhinə olub
Operativ Media
İsrailin Baş naziri Benyamin Netanyahu Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın Qəzza üzrə Sülh Şurasına üzv olmasına və Qəzzanın İdarə Heyətində mənim iştirakımın da əleyhinə olub.
Operativ Media-nın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan NTV-nin canlı yayımında deyib.
O bildirib ki, İsrail hazırda da Qəzza zolağının yenidən qurulmasında Türkiyənin iştirakına qarşıdır.
Nazir vurğulayıb ki, uyğun şərait yarandığı təqdirdə Türkiyə bölgəyə hərbi və sülhməramlı yardım göstərə bilər.
H.Fidan həmçinin qeyd edib ki, HƏMAS-ın tərk-silah olunması yol xəritəsində yer alır və müvafiq şərtlər daxilində bu proses mərhələli şəkildə həyata keçirilə bilər.