Menyu

Ərdoğan: Ana müxalifətin ölkədə nə baş verdiyindən xəbəri yoxdur

Operativ Media
Ərdoğan: Ana müxalifətin ölkədə nə baş verdiyindən xəbəri yoxdur

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ana müxalifət partiyası CHP-ni sərt tənqid edib.

Operativ Media xəbər verir ki, bununla bağlı Ərdoğan "X" hesabında paylaşım edib.

O bildirib ki, ana müxalifət rəhbərliyi ölkədə baş verən proseslərdən xəbərsizdir.

Ərdoğan qeyd edib ki, CHP sədri son vaxtlar Hataya səfər edib və zəlzələdən üç il keçməsinə baxmayaraq, yalnız indi “zəlzələ bölgəsini tək buraxmayacağıq” açıqlaması verir.

Dövlət başçısı vurğulayıb ki, bu müddət ərzində 455 min mənzilin tikintisi aparıldığı halda, ana müxalifətin bu proseslərdə iştirak etməməsi suallar doğurur. Onun sözlərinə görə, zəlzələ bölgəsinə sahib çıxmaqla bağlı çağırışların bu qədər gec səsləndirilməsi inandırıcı deyil.

Ərdoğan bildirib ki, demək olar üç il ərzində bərpa və yenidənqurma proseslərində görünməyən CHP rəhbərliyi indi mövzuya diqqət yetirməyə başlayıb. Prezident əlavə edib ki, artıq inşa və bərpa işləri yekunlaşmaq üzrədir, lakin ana müxalifət lideri yalnız indi bu məsələləri gündəmə gətirir.

Sonda Ərdoğan bir daha vurğulayıb ki, ana müxalifətin ölkədə baş verənlərdən xəbəri yoxdur.

Əlaqəli Xəbərlər