Hikmət Hacıyev İran XİN-in müavini Vəhid Cəlalzadə ilə görüşüb
Operativ Media
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və İran İslam Respublikası Xarici İşlər Nazirinin müavini Vəhid Cəlalzadə arasında görüş baş tutub.
Operativ Media xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyi "X" hesabında paylaşım edib.
Görüş əsnasında iki ölkə arasında mövcud olan dərin tarixi-mədəni ortaqlıqlar və xalqlararası sarsılmaz bağlar məmnunluqla qeyd edilib.
Tərəflər bütün istiqamətlərdə əlaqələrin dərinləşdirilməsinə dair ortaq niyyətlərini yenidən ifadə edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net