Menyu

Azərbaycan və İsrail XİN rəhbərləri görüşüb - YENİLƏNİB

Operativ Media
Azərbaycan və İsrail XİN rəhbərləri görüşüb - YENİLƏNİB

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və İsrailin xarici işlər naziri Gideon Saar arasında geniştərkibli görüş keçirilir.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "X" hesabında paylaşım edilib.

Tərəflər siyasi dialoq, enerji, ticarət, investisiyalar, təhsil, mədəniyyət, müdafiə və təhlükəsizlik daxil olmaqla geniş sahələrdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıb və əməkdaşlıq üçün yeni yolların araşdırılmasında qarşılıqlı marağı vurğulayıblar.

Nazirlər həmçinin beynəlxalq və regional əhəmiyyətli məsələlərə toxunublar.

***


11:57

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və İsrailin xarici işlər naziri Gideon Saar arasında görüş başlayıb.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "X" hesabında paylaşım edilib.

Nazir Ceyhun Bayramov israilli həmkarını qarşılayıb, daha sonra tərəflər arasında ikitərəfli görüş başlayıb.

Fotogalereya

Əlaqəli Xəbərlər