Sahibə Qafarova Asiya Parlament Assambleyasının 16-cı plenar sessiyasında çıxış edib
Operativ Media
Bəhreyn Krallığında rəsmi səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova yanvarın 26-da Asiya Parlament Assambleyasının (APA) 16-cı plenar sessiyasında çıxış edib.
Bu barədə Operativ Media-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Milli Məclisin sədri çıxışında bildirib ki, 2024-cü ilin fevralında Bakıda keçirilmiş 14-cü plenar sessiyada Azərbaycan Respublikasının Milli Məclisi APA-ya sədrliyi öz üzərinə götürüb:
"Azərbaycanın sədrliyi dövründə ölkəmiz Assambleya çərçivəsində əməkdaşlığın və dialoqun dərinləşdirilməsi istiqamətində fəal səylər göstərib. Bu, Azərbaycanın APA-ya mühüm parlamentlərarası platforma kimi verdiyi əhəmiyyətin göstəricisidir".
Sahibə Qafarova vurğulayıb ki, cari ildə APA-nın yaradılmasının 20-ci ildönümünün qeyd edildiyi bir məqamda Assambleya artıq konstruktiv dialoq və həmrəylik üçün mühüm çoxtərəfli təsisata çevrilib.
Azərbaycanın Asiya Parlament Assambleyasına sədrliyi rəsmi olaraq Bəhreyn Krallığının Nümayəndələr Şurasına təhvil verilib.