Menyu

İcbari tibbi sığorta haqlarının hesablanma qaydasında dəyişiklik edilib

Şəfa Hüseynli
İcbari tibbi sığorta haqlarının hesablanma qaydasında dəyişiklik edilib
1 dəq oxu

İcbari tibbi sığorta haqqının məbləğinə dəyişiklik edilib.

Operativ Media xəbər verir ki, bu barədə "2025-ci ilin yekunları və hədəflər üzrə mətbuat konfransı"nda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin idarə heyətinin sədri Zaur Əliyev bildirib.

O bildirib ki, qeyri-dövlət və qeyri-neft/qaz sektorunda işləyənlər üzrə sığortahaqqının hesablanması qaydası dəyişdirilib:

İşəgötürən tərəfindən işçinin əməkhaqqının 2500 manatadək olan hissəsindən 2 %, 2500 manatdan yuxarı olan hissəsindən 0,5 %;

İşçi tərəfindən əməkhaqqının 2500 manatadək olan hissəsindən 2 %, 2500 manatdan yuxarı olan hissəsindən 0,5 %.

Əvvəl bu məbləğ 8000 manat idi.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər