Azərbaycan və ABŞ minatəmizləmə sahəsinə əməkdaşlığı müzakirə edib
Operativ Media
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlon ilə görüş keçirib.
Operativ Media xəbər verir ki, bu barədə ANAMA məlumat yayıb.
Görüş zamanı ölkəmizin üzləşdiyi mina problemi və bu problemin aradan qaldırılması istiqamətində icra edilən humanitar minatəmizləmə fəaliyyətinin gedişatı barədə qonağa geniş təqdimat edilib.
Görüşdə, humanitar minatəmizləmə sahəsində gələcək əməkdaşlıq perspektivləri və ABŞ tərəfindən dəstək imkanları, habelə qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net