Azərbaycan və İordaniya arasında münasibətlərin inkişaf perspektivləri müzakirə edilib
Operativ Media
Azərbaycanın İordaniyadakı səfiri Şahin Abdullayev bu ölkənin Baş nazirinin müavini, xarici işlər naziri Ayman as-Safadi ilə ikitərəfli münasibətlərin inkişaf perspektivlərini müzakirə edib.
Operativ Media xəbər verir ki, bu barədə səfirlik "X" sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.
"Görüş zamanı Azərbaycan və İordaniya arasında ikitərəfli münasibətlərin gələcək inkişaf perspektivləri müzakirə olunub", - məlumatda qeyd edilib.