Menyu

Analiz verməzdən əvvəl spirtli içki qəbulu təhlükəlidir – həkim xəbərdarlıq edir

Ayşən Sadıxzadə
Analiz verməzdən əvvəl spirtli içki qəbulu təhlükəlidir – həkim xəbərdarlıq edir

“Spirtli içkilər başda mərkəzi sinir sistemi olmaqla, mədə-bağırsaq sistemi, xüsusilə qaraciyər, eləcə də sidik-ifrazat sistemi və böyrəklər üçün zərərli hesab olunur”.

Bu sözləri Operativ Media-ya açıqlamasında terapevt Sübhan Hacıyev deyib. 

O bildirib ki, bu səbəbdən qan və sidik analizləri verilməzdən ən azı 24 saat əvvəl spirtli içki qəbulu tam dayandırılmalıdır:

“Çünki spirtli içkilər qanın biokimyəvi göstəricilərinə ciddi təsir göstərir. Xüsusilə qaraciyər göstəriciləri olan ALT, AST, GGT kimi analizlərdə yalnış yüksəlmələrə səbəb ola bilər. Eyni zamanda böyrək göstəricilərində və sidiyin ümumi analizində də dəyişikliklər müşahidə oluna bilər.

Spirtli içki qəbulu həmçinin lipid profilinə, yəni yağ mübadiləsinə təsir edərək xolesterin və digər göstəricilərdə dəyişikliklər yarada bilər. Bundan əlavə, qan-damar sisteminə mənfi təsir göstərərək qanın laxtalanma mexanizmlərində pozulmalara yol aça bilər.

Ümumilikdə, spirtli içki qəbulu tövsiyə edilmir. Lakin qəbul edildiyi hallarda, analizlərin düzgün və real nəticə verməsi üçün ən azı 24 saatlıq spirtli içki pəhrizi mütləqdir”.

Əlaqəli Xəbərlər