Menyu

Şavkat Mirziyoyev Türkiyəyə səfər edəcək

Operativ Media
Şavkat Mirziyoyev Türkiyəyə səfər edəcək

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə yanvarın 29-da Türkiyəyə rəsmi səfər edəcək.

Operativ Media xəbər verir ki, səfər çərçivəsində Ankarada iki ölkə liderinin sədrliyi ilə Özbəkistan–Türkiyə Strateji Əməkdaşlıq Şurasının dördüncü iclasının keçirilməsi nəzərdə tutulur.

Görüşlərdə Özbəkistan–Türkiyə arasında hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin daha da genişləndirilməsi məsələləri müzakirə olunacaq.

Danışıqlar zamanı siyasi dialoqun inkişafı, ticarət dövriyyəsinin artırılması, iqtisadiyyatın prioritet sahələrində birgə layihələrin təşviqi, nəqliyyat əlaqələrinin möhkəmləndirilməsi, eləcə də mədəni-humanitar əməkdaşlığın genişləndirilməsi diqqət mərkəzində olacaq.

Tərəflər həmçinin beynəlxalq və regional gündəlikdəki aktual məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.

Səfərin yekununda bir sıra sənədlərin imzalanması planlaşdırılır.

Əlaqəli Xəbərlər