Menyu

Azərbaycan və Gürcüstan Daxili İşlər Nazirlikləri arasında əməkdaşlıq haqqında saziş təsdiqlənib

Operativ Media
Azərbaycan və Gürcüstan Daxili İşlər Nazirlikləri arasında əməkdaşlıq haqqında saziş təsdiqlənib

“Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Gürcüstanın Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.

Operativ Media xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb.

Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycanın Daxili İşlər Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək.

Azərbaycanın Xarici İşlər Nazirliyi isə Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Gürcüstan Hökumətinə bildiriş göndərəcək.

Qeyd edək ki, sözügedən Saziş 2025-ci il noyabrın 21-də Tbilisi şəhərində imzalanıb.

Əlaqəli Xəbərlər