Makron: Qrenlandiya ətrafındakı vəziyyət Avropa üçün ciddi siqnaldır

Fransa Prezidenti Emmanuel Makron Qrenlandiya ətrafında yaranmış vəziyyəti Avropa üçün ciddi strateji siqnal adlandırıb.
Operativ Media-nın məlumatına görə, bu barədə Makron Yelisey Sarayında Danimarkanın Baş naziri Mette Frederiksen və Qrenlandiyanın Baş naziri Yens-Fredrik Nilsen ilə görüşdə bildirib.
O, qeyd edib ki, mövcud durum Avropa suverenliyinin qorunması, Arktika təhlükəsizliyi, xarici müdaxilələrə və dezinformasiyaya qarşı mübarizə baxımından narahatedicidir.
Makron Avropa İttifaqının 2026-cı ildə Arktika strategiyasını yenidən nəzərdən keçirməli olduğunu vurğulayıb və NATO-nun Arktikada rolunun gücləndirilməsini dəstəklədiklərini deyib.
Danimarkanın Baş naziri Avropanın birgə mövqeyinin vacibliyini vurğulayıb, Qrenlandiyanın Baş naziri isə Fransaya suverenliyə verdiyi dəstəyə görə təşəkkür edib.