Menyu

​​​​​​​Aİ və Azərbaycan sülh gündəliyini müzakirə edib

Operativ Media
​​​​​​​Aİ və Azərbaycan sülh gündəliyini müzakirə edib

Avropa İttifaqı və Azərbaycan arasında sülh gündəliyi, regional bağlantılar və tərəfdaşlıq məsələləri müzakirə olunub.

Operativ Media xəbər verir ki, bu barədə Bakıda səfərdə olan Avropa İttifaqının Genişlənmə və Şərq Qonşuluğu üzrə baş direktoru Gert Jan Koopman “X” hesabında paylaşım edib.

"Prezidentin köməkçiləri Hikmət Hacıyev və Elçin Əmirbəyovla görüşlərdə minalardan təmizləmə, sosial-iqtisadi inkişaf sahəsində Aİ-nin dəstəyi, eləcə də Orta Dəhliz üzrə əlaqələndirmənin növbəti mərhələləri ətrafında fikir mübadiləsi aparıldı", - Aİ rəsmisi vurğulayıb.

Koopman görüşləri konstruktiv və faydalı müzakirələr kimi dəyərləndirib.

Əlaqəli Xəbərlər