Menyu

Avropa İttifaqı baş direktoru Naxçıvan dəmir yolu layihəsinin tədqiqatına start verildiyini açıqlayıb

Operativ Media
Avropa İttifaqı baş direktoru Naxçıvan dəmir yolu layihəsinin tədqiqatına start verildiyini açıqlayıb

Bakıda səfərdə olan Avropa İttifaqının Genişlənmə və Şərq Qonşuluğu üzrə baş direktoru Gert Yan Koopman Azərbaycan rəsmiləri ilə görüşlərini yüksək qiymətləndirib.

Operativ Media xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkə hesabında paylaşım edib.

G.Koopman bildirib ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, energetika naziri Pərviz Şahbazov və xarici işlər nazirinin müavini Yalçın Rəfiyevlə görüşlər keçirilib.

Paylaşımda qeyd olunub ki, müzakirələr əsasən Avropa İttifaqı–Azərbaycan iqtisadi əlaqələri, nəqliyyat və enerji sahələrinə həsr olunub.

Eyni zamanda regional bağlantı baxımından mühüm əhəmiyyət daşıyan Naxçıvan dəmir yolu layihəsi üzrə texniki-iqtisadi əsaslandırma tədqiqatına start verildiyi vurğulanıb.

Əlaqəli Xəbərlər