Menyu

Kansler: İrandakı rejimin sayılı günləri qalıb

Operativ Media
Kansler: İrandakı rejimin sayılı günləri qalıb

Yalnız zorakılıq və öz əhalisinə qarşı terror vasitəsilə hakimiyyətdə qala bilən bir rejimin uzunmüddətli gələcəyi yoxdur.

Operativ Media xəbər verir ki, bunu Almaniya kansleri Friedrix Merts bildirib.

“Öz xalqına qarşı zorakılıq və terrorla ayaqda duran bir rejimin günləri sayılıdır. Bu, həftələr məsələsi ola bilər, amma bu rejimin ölkəni idarə etmək üçün legitimliyi yoxdur,” – deyə Almaniya kansleri qeyd edib.

Merts eyni zamanda İtaliyanın Avropa İttifaqı daxilində irəli sürdüyü təşəbbüsə də dəstək verib.

O, Avropa İttifaqının İranın İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı kimi tanıması təklifini müsbət qiymətləndirib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər