Menyu

Parlament nümayəndə heyəti Azərbaycanın Oman Sultanlığındakı səfirliyində olub

Operativ Media
Parlament nümayəndə heyəti Azərbaycanın Oman Sultanlığındakı səfirliyində olub

Milli Məclisin sədri Sahibə Qafarova Oman Sultanlığına rəsmi səfəri çərçivəsində bu ölkənin paytaxtı Məsqət şəhərində Azərbaycan Respublikasının səfirliyində olub.

Bu barədə Operativ Media-ya Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Milli Məclisin sədri və parlament nümayəndə heyəti səfirlikdə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyublar.

Daha sonra Sahibə Qafarova və nümayəndə heyətininüzvləri səfirlik əməkdaşları ilə görüşərək, onlar üçün yaradılmış iş şəraiti ilə tanış olublar.

Spiker Sahibə Qafarova səfirlikdə xatirə kitabına öz ürək sözlərini yazıb.

Əlaqəli Xəbərlər