Rusiya Kiyevə hücum etməyəcək
Operativ Media

ABŞ Prezidenti Donald Tramp Rusiya–Ukrayna münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlarda ciddi irəliləyiş əldə olunduğunu bildirib.
Operativ Media-nın məlumatına görə, Tramp bu barədə Ağ Evdə keçirilən iclas zamanı açıqlama verib.
O, müharibənin yaxın vaxtlarda başa çatacağına ümid etdiyini vurğulayıb.
“Biz böyük irəliləyiş əldə edirik”, – deyə ABŞ Prezidenti xüsusi elçisi Stiv Uitkoffa müraciət edərək bildirib.
Donald Tramp eyni zamanda qeyd edib ki, o, şəxsən Rusiya Prezidenti Vladimir Putindən Rusiya Silahlı Qüvvələrinin Ukraynaya, xüsusilə də Kiyevə qarşı hücumlarını qış dövründə bir həftəlik dayandırmağı xahiş edib.
“Putin bununla razılaşdı”, – deyə Tramp vurğulayıb.