Menyu

Azərbaycan və Özbəkistanın birgə teatr layihələri müzakirə olunub

Operativ Media
 Azərbaycan və Özbəkistanın birgə teatr layihələri müzakirə olunub

Azərbaycanın Özbəkistandakı səfirliyin nəzdində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli ilə Özbəkistan Dövlət Dram Teatrının direktoru Otabek Curayev arasında görüş keçirilib.

Bu barədə Operativ Media-ya Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.

Bildirilib ki, görüşdə tərəflər ikitərəfli mədəni əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib, birgə teatr layihələrinin həyata keçirilməsi barədə razılığa gəliblər. Xüsusilə, Azərbaycan Mədəniyyət Mərkəzinin Dövlət Dram Teatrının truppasının iştirakı ilə birgə tamaşaların hazırlanması məsələlərinə diqqət yetirilib.

Diqqətə çatdırılıb ki, bu teatr mövsümündən başlayaraq Azərbaycan dramaturqlarının pyesləri Özbəkistanın teatr səhnəsində mütəmadi səhnələşdiriləcək.

Tərəflər birgə teatr təşəbbüslərinin humanitar dialoqun möhkəmləndirilməsinə və iki ölkə arasında mədəni əlaqələrin daha da inkişafına mühüm töhfə verəcəyinə əminlik ifadə ediblər.

Əlaqəli Xəbərlər