Menyu

ABŞ-nin Müvəqqəti işlər vəkili Emi Karlon Quba və Şabranda iqtisadi potensialla tanış olub

Operativ Media
ABŞ-nin Müvəqqəti işlər vəkili Emi Karlon Quba və Şabranda iqtisadi potensialla tanış olub

ABŞ-nin Azərbaycandakı Müvəqqəti işlər vəkili Emi Karlon ölkənin şimal-şərq bölgəsinin iqtisadi imkanlarını yerində öyrənmək məqsədilə Quba və Şabran şəhərlərinə səfər edib.

Operativ Media xəbər verir ki, bu barədə səfirlik məlumat yayıb.

Səfər çərçivəsində Emi Karlon Qubada yerləşən RAN Fruit müəssisəsində olub.

O, burada tətbiq edilən müasir texnologiyaların və qabaqcıl emal üsullarının Azərbaycanın qlobal meyvə-tərəvəz sənayesində mövqeyini necə gücləndirdiyini yerində müşahidə edib.

Bildirilib ki, innovativ yanaşmalar yerli məhsulların beynəlxalq bazarlara çıxış imkanlarını artırır və ixrac potensialını genişləndirir.

Müvəqqəti işlər vəkili Qubadakı ABAD Mərkəzini də ziyarət edib. Burada o, məhsul dizaynı və istehsalından başlayaraq paylama və marketinqə qədər bütün mərhələləri əhatə edən, Azərbaycan hökumətinin kənd sahibkarlarına göstərdiyi dəstək mexanizmləri ilə tanış olub. Qeyd edilib ki, ABAD modeli regionlarda kiçik və orta sahibkarlığın inkişafında mühüm rol oynayır.

Səfər zamanı Emi Karlon Şabranda yerləşən “Azərxalça” xalça fabrikində də olub. O, ənənəvi texnika və milli naxışlardan istifadə etməklə Azərbaycanın dünyaca məşhur xalçaçılıq sənayesini yaşadan qadın xalça ustaları ilə görüşüb, istehsal prosesi ilə maraqlanıb. Görüşdə milli mədəni irsin qorunması və bu sahənin iqtisadi dəyərinin artırılması məsələləri diqqətə çatdırılıb.

Fotogalereya

Əlaqəli Xəbərlər