Menyu

Zelenski: Moskva diplomatiyanı ciddi qəbul etmir

Operativ Media
Zelenski: Moskva diplomatiyanı ciddi qəbul etmir

Rusiyanın bu gün həyata keçirdiyi hücumdan sonra Ukraynanın danışıqlar komandası işini müvafiq şəkildə tənzimləyəcək. 

Operativ Media xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” səhifəsində bəyan edib.

Onun sözlərinə görə, Rusiya ABŞ-nin qısamüddətli atəşkəs təklifindən diplomatiyanı dəstəkləmək üçün yox, raketləri toplamaq və ilin ən soyuq günlərini gözləmək üçün istifadə edib. 

Belə ki, həmin günlərdə Ukraynanın böyük ərazisində temperatur -20 dərəcə təşkil edib.

Prezident qeyd edib ki, Ukrayna ərazisinə ballistik raketlərlə rekord sayda zərbə endirilib.

“Təkcə bu zərbədə 32 ballistik raket, ballistik trayektoriya üzrə hədəfə doğru uçan 11 digər növ raket, 28 qanadlı raket və 450 hücum dronu olub ki, onların əksəriyyəti “Şahed” dronlarıdır. Hamısı da olmasa, çox hissəsini vurmağa müvəffəq olmuşuq”, – deyə V.Zelenski bildirib.

Onun məlumatına görə, bir neçə vilayətdə enerji obyektlərinə zərbələr dəyib.

Ən çox zərbə Xarkov, Dnepr, Kiyev şəhəri və Kiyev, Vinitsa, Odessa vilayətlərində, eləcə də Zaporojyedə qeydə alınıb.

Əlaqəli Xəbərlər