Menyu

İsrail və Azərbaycan arasında memorandum imzalanıb

Operativ Media
İsrail və Azərbaycan arasında memorandum imzalanıb

İsrail və Azərbaycan süni intellekt sahəsində əməkdaşlığa dair memorandum imzalayıb.

Operativ Media xəbər verir ki, anlaşma Memorandumu İsrailin Milli süni intellekt idarəsinin rəhbəri briqada generalı Erez Askal və Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev tərəfindən imzalanıb.

Müqavilə iki ölkə arasında əməkdaşlığı gücləndirmək məqsədi daşıyır.

Mərasimdə İsrailin Baş naziri Benyamin Netanyahu iştirak edib.

Bildirilib ki, tərəfdaşlıq superkompüter infrastrukturu, süni intellektin mülki əhəmiyyətli sahələrdə tətbiqi, insan kapitalının inkişafı və birgə elmi tədqiqatlar istiqamətlərini əhatə edəcək.

“Biz bu sahədə aparıcı ölkələr sırasında olmalı olduğumuzu təmin etməliyik. Düşünürəm ki, birlikdə daha çox iş görə və bunu daha yaxşı şəkildə həyata keçirə bilərik”, - tədbirdə çıxışı zamanı Netanyahu deyib.

Fotogalereya

Əlaqəli Xəbərlər