Menyu

İran görüşlərin Türkiyədə keçirilməsini istəmir

Operativ Media
İran görüşlərin Türkiyədə keçirilməsini istəmir

İran ABŞ ilə planlaşdırılan danışıqlarla bağlı şərtlər irəli sürüb və görüşlərin Türkiyədə keçirilməsinə qarşı çıxıb.

Operativ Media xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.

Məlumata görə, İran tərəfi danışıqların formatının dəyişdirilərək yalnız ikitərəfli - ABŞ və İran arasında aparılmasını, həmçinin görüş yerinin İstanbuldan Omana köçürülməsini tələb edir.

Nəşrin yazdığına görə, vəziyyətlə tanış olan iki mənbə bildirib ki, Tehran bu tələbi bu cümə günü keçirilməsi planlaşdırılan danışıqlar ərəfəsində irəli sürüb.

İran tərəfi danışıqlarda ərəb və müsəlman ölkələrinin müşahidəçi qismində iştirakını da istəmir.

Portalın qeyd etdiyinə görə, Tehran Vaşinqtonla birbaşa təmaslara üstünlük verir və çoxtərəfli formatın danışıqlar prosesinə əlavə çətinliklər yaratdığını düşünür.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər