Zelenski: Növbəti əsir mübadiləsi baş tuta bilər
Ukrayna Rusiya ilə növbəti əsir mübadiləsini gözləyir.
Operativ Media xəbər verir ki, bu barədə Ukrayna lideri Volodimir Zelenski Kiyev, özünün "Telegram" kanalında məlumat yayıb.
"Bu gün keçirilən görüşlərdən sonra nümayəndə heyətimizin hesabatı oldu. Həmçinin komandanın Amerika tərəfi ilə təmasları baş tutdu. Rüstəm Umerov, Kirill Budanov və David Araxamiya məruzə etdilər. Biz bu gün keçirilən danışıqların aralıq nəticələrini müzakirə etdik. Sabah davam edəcəklər. Həmçinin vacib bir addım olacaq: yaxın vaxtlarda hərbi əsirlərin mübadiləsini gözləyirik. Əsirləri evə qaytarmaq lazımdır", - deyə o yazıb.
O, Rusiya-Ukrayna müharibəsinin başa çatması üçün real addımların zəruriliyini növbəti dəfə vurğulayıb:
"Məhz Rusiya buna hazır olmalıdır. Tərəfdaşlar da öz real təhlükəsizlik zəmanətləri və təcavüzkara real təzyiqləri ilə bunu təmin etməyə hazır olmalıdırlar. Eləcə də Ukrayna xalqı hiss etməlidir ki, vəziyyət, həqiqətən, sülhə və müharibənin bitməsinə doğru gedir, rusların hər şeyi öz xeyirlərinə istifadə edib zərbələri davam etdirməsinə yox".