Ceyhun Bayramov: Azərbaycan üçün Çin ilə hərtərəfli strateji tərəfdaşlıq prioritetdir
Operativ Media
zərbaycan xarici işlər naziri Ceyhun Bayramov Çin ilə qurulan hərtərəfli strateji tərəfdaşlığın ölkəmizin xarici siyasətinin prioritet istiqaməti olduğunu bəyan edib.
Operativ Media xəbər verir ki, bu barədə Ceyhun Bayramov "Global Times"a müsahibəsində bildirib.
Nazir qeyd edib ki, 2025-ci ildə imzalanmış Birgə Bəyannamə ilə münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub:
"Bu tərəfdaşlığın əsas sütunlarını ölkə liderləri arasındakı qarşılıqlı siyasi inam, iqtisadi əməkdaşlıq və "Orta Dəhliz" layihəsinin Çinin qlobal təşəbbüsləri ilə uyğunlaşdırılması təşkil edir. Azərbaycan Çini mühüm iqtisadi tərəfdaş kimi görür və bərpa olunan enerji, yaşıl texnologiyalar və rəqəmsal transformasiya sahələrində birgə layihələrin həyata keçirilməsində maraqlıdır", - nazir qeyd edib.