AAYDA-nın yeni sədri kimdir?
Xəbər verdiyimiz kimi, Vüsal Nəsirli Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyini (AAYDA) İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.
Operativ Media İqtisadiyyat.az-a istinadən yeni təyin edilən sədrin dosyesini təqdim edir.
Vüsal Nəsirli 1978-ci ildə İmişli şəhərində anadan olub.
2000-ci ildə Qafqaz Universitetinin İnzibati idarəetmə fakültəsinin Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bakalavr, 2002-ci ildə magistr pillələrini bitirib.
2009-2013-cü illərdə İqtisadi İnkişaf Nazirliyində "Bərk məişət tullantılarının vahid idarəçiliyi" layihəsinin direktor müavini, 2013-2018-ci illərdə İqtisadiyyat Nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdir müavini vəzifələrində işləyib.
Hazırkı vəzifəsinə qədər Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsində çalışıb.
Evlidir, iki övladı var.