Allahşükür Paşazadə Vatikana səfər edəcək
Operativ Media
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə fevralın 8-də Vatikana səfər edəcək.
Bu barədə Operativ Media-ya QMİ-dən məlumat verilib.
Bildirilib ki, səfər Müqəddəs Taxt-Tacın və Katolik Kilsəsinin başçısı Zati-müqəddəsləri Roma Papası XIV Leonun şəxsi dəvəti ilə baş tutur. Şeyxülislam A. Paşazadə fevralın 9-da Pontifikin audiensiyasında olacaq.
Səfər müddətində Azərbaycandakı dini konfessiya rəhbərlərinin Vatikanın dövlət katibi Kardinal Pyetro Parolin və digər Vatikan rəsmiləri ilə ikitərəfli görüşləri nəzərdə tutulur.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net