Menyu

Ermənistan XİN: İrəvan Moskva ilə dostluq münasibətlərini inkişaf etdirmək istəyir

Operativ Media
Ermənistan XİN: İrəvan Moskva ilə dostluq münasibətlərini inkişaf etdirmək istəyir

Ermənistan Rusiya ilə dostluq münasibətləri inkişaf etdirməyə çalışır. 

Operativ Media xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.

Mirzoyan Ermənistanın "Rusiya Federasiyası ilə qarşılıqlı hörmət və suverenliyə hörmət əsasında dostluq münasibətləri inkişaf etdirməyə çalışdığını" vurğulayıb.

Ermənistan xarici işlər naziri bildirib ki, rəhbərlik etdiyi nazirliyin prioritet vəzifələri sülh gündəliyinə xidmət etmək, Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması, möhkəmləndirilməsi və təsis edilməsi üçün fəal işləmək, o cümlədən danışıqlar prosesi, koordinasiya və sülh müqaviləsinin mətninin hazırlanması, etimadın yaradılmasına yönəlmiş addımlar və təşəbbüslərdir.

Əlaqəli Xəbərlər