Menyu

Zelenski Rusiyaya qarşı yeni sanksiyalar elan edib

Operativ Media
Zelenski Rusiyaya qarşı yeni sanksiyalar elan edib

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın hərbi-sənaye kompleksi, maliyyə sektoru və kriptovalyuta bazarına qarşı yeni sanksiyalar tətbiq edildiyini açıqlayıb.

Operativ Media xəbər verir ki, dövlət başçısı bu barədə “Telegram” kanalında paylaşım edib.

Zelenskinin sözlərinə görə, şənbə gecəsi Rusiya ordusu Ukraynaya 400-dən çox PUA və 40-a yaxın müxtəlif tipli raketlə kütləvi zərbə endirib. O bildirib ki, bu silahların istehsalı Rusiyanın sanksiyalardan yan keçərək əldə etdiyi xarici komponentlər olmadan mümkün olmazdı.

“Məhz bu şirkətlərə – komponent təchizatçılarına, raket və dron istehsalçılarına qarşı yeni sanksiyalar tətbiq edirik. Müvafiq qərarları imzaladım”, – deyə Zelenski qeyd edib.

Prezident əlavə edib ki, ikinci fərmanla Rusiyanın maliyyə sektoruna da məhdudiyyətlər qoyulub. Siyahıya raket və dron istehsalı üçün komponentlərin ödənişlərini həyata keçirən şirkətlər, həmçinin Rusiyanın kriptovalyuta və mayninq sektorunu təmin edən strukturlar daxildir.

Zelenski bildirib ki, bu qərarların bir hissəsi Avropa İttifaqının hazırda razılaşdırılan 20-ci sanksiya paketinə də daxil ediləcək:

“Tərəfdaşlarımızla koordinasiyanı davam etdiririk və təzyiqi artırırıq”.

Əlaqəli Xəbərlər