Menyu

ABŞ-nin vitse-prezidenti sabah Ermənistana səfər edəcək

Operativ Media
ABŞ-nin vitse-prezidenti sabah Ermənistana səfər edəcək

ABŞ-nin vitse-prezidenti Cey Di Vens fevralın 9-da Ermənistana səfər edəcək, növbəti gün isə Azərbaycana səfər həyata keçirəcək.

Operativ Media xəbər verir ki, onun Ermənistana səfərinin hazırlanması məqsədilə ABŞ-dən nümayəndə heyəti gəlib. 

Nümayəndə heyəti Ermənistanda 2 həftə qalacaq.

Bildirilir ki, dövlət katibinin iqtisadi məsələlər üzrə müavini Ceykob Helberq 9–11 fevral tarixlərində Milan, İrəvan və Bakıya səfər çərçivəsində vitse-prezident Vensə qoşulacaq.

Onun Azərbaycana rəsmi səfəri isə 10 fevralda başlayacaq.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp səfər çərçivəsində Azərbaycanın strateji tərəfdaşlığının dərinləşdirilməsi və Ermənistana dinc nüvə əməkdaşlığı müqaviləsinin imzalanacağını açıqlayıb.

Tramp həmçinin ABŞ istehsalı olan müdafiə avadanlıqlarının Azərbaycana satışının nəzərdə tutulduğunu bildirib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər