Menyu

Nikol Paşinyan: Azərbaycanla sülhü geri dönməz hesab etməyə çox yaxınıq

Operativ Media
Nikol Paşinyan: Azərbaycanla sülhü geri dönməz hesab etməyə çox yaxınıq

Ermənistan Azərbaycanla sülhü geri dönməz hesab etməyə çox yaxındır.

Operativ Media xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda ABŞ-nin vitse-prezidenti Cey Di Venslə görüşündə bildirib.

N.Paşinyan bildirib ki, Vensin Ermənistana səfəri tarixi və rəmzi əhəmiyyət daşıyır və Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olunmasının misli görünməmiş reallıqları kontekstində baş tutur.

"O, Ermənistan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında formalaşmış möhkəm və strateji tərəfdaşlığın dərinliyini əks etdirir", - Baş nazir deyib.

N.Paşinyan həmçinin ABŞ hökumətinə, xüsusilə Prezident Donald Trampa Bakı ilə sülh prosesinə verdiyi töhfəyə, 2026-cı ildə avqustun 8-i Vaşinqtonda sammitin təşkilinə görə təşəkkürünü bildirib.

"Vaşinqton sammiti sayəsində biz Ermənistan və ABŞ arasında ikitərəfli əlaqələrə güclü təkan verdik və Prezident Trampın iştirakı ilə Ermənistan və Azərbaycan arasında sülhə nail olduq. Vaşinqton sülh sammitindən sonra Azərbaycan Prezidenti İlham Əliyevlə birgə məktubla Prezident Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürdük və mən çox ümid edirəm ki, o, bu mükafata layiqincə sahib olacaq", - o qeyd edib.

Əlaqəli Xəbərlər