Fidan: ABŞ ilə İran arasında savaş təhlükəsi yoxdur
Operativ Media
Region daha bir müharibənin nəticələrini qaldıra biləcək gücdə deyil.
Operativ Media xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan "CNN Türk" telekanalının canlı efirində ABŞ ilə İran arasındakı gərginlikdən danışarkən deyib.
"Mümkün savaşı önləmək üçün bütün imkanlardan istifadə etmək istəyirik", - Fidan bildirib.
O qeyd edib ki, Türkiyə məsələ ilə bağlı həm İran, həm də ABŞ tərəfi ilə təmasdadır. XİN rəhbəri tərəflərin müzakirələrdə istəkli olduğunu da əlavə edib.
"Hazırda ani savaş təhlükəsi yoxdur", - H. Fidan deyib.