Azərbaycan Prezidenti: Biz özümüz Ermənistana neft məhsullarının ixracına başlamışıq
Biz nəinki tranzitlə bağlı Azərbaycan vasitəsilə yüklərin daşınmasında məhdudiyyəti aradan qaldırmışıq, o cümlədən özümüz Ermənistana neft məhsullarının ixracına başlamışıq.
Operativ Media xəbər verir ki, bunu Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Ceyms Devid Vens ilə mətbuata birgə bəyanatında deyib.
"Tramp-Vens administrasiyasının bizim regionda göstərdiyi səylərin ən vacib nəticələrdən biri TRİPP layihəsidir. Bu nəinki Azərbaycanın iki hissəsini birləşdirəcək, eyni zamanda təhlükəsiz daşımalar dəhlizinə çevriləcək. Tramp marşrutu Azərbaycanın iki hissəsini birləşdirməklə yanaşı, Avropa ilə Asiyanı da birləşdirəcək. TRİPP layihəsi ilə sülh, inkişaf və əməkdaşlığa regionda növbəti töhfəni verəcəyik".
Prezident bildirib ki, Azərbaycan öz təbii qaz ehtiyatları ilə 16 ölkənin enerji təhlükəsizliyinə töhfə verir, onlardan 11-i NATO üzvüdür və ABŞ-nin müttəfiqidir.