Menyu

Səfirlik: ABŞ Azərbaycanla əməkdaşlıq etməyə qərarlıdır

Operativ Media
Səfirlik: ABŞ Azərbaycanla əməkdaşlıq etməyə qərarlıdır

ABŞ Cənubi Qafqaz regionunun böyük potensialının üzə çıxarılması istiqamətində Azərbaycanla işləməyə qərarlıdır.

Operativ Media xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi paylaşım edib.

Bildirilib ki, bu gün ABŞ-nin vitse-prezidenti Cey Di Vens və Azərbaycan Prezidenti İlham Əliyev Bakıda görüşüblər. Görüşdə 8 avqustda Ağ Evdə keçirilmiş tarixi Sülh Zirvəsinin icrası müzakirə olunub, regional sülh, təhlükəsizlik və rifaha sadiqlik bir daha təsdiqlənib.

"Bu gün ABŞ-nin vitse-prezidenti Cey Di Vens və Azərbaycan Prezidenti İlham Əliyev 8 avqustda Ağ Evdə keçirilmiş tarixi Sülh Zirvəsinin icrasını müzakirə etmək və regional sülh, təhlükəsizlik və rifaha olan ortaq bağlılıqlarını yenidən təsdiqləmək üçün Bakıda bir araya gəliblər. Liderlər ölkələrimiz arasında ikitərəfli münasibətləri gücləndirəcək ABŞ–Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyasını imzalayıblar. Amerika Birləşmiş Ştatları Cənubi Qafqaz regionunun böyük potensialını üzə çıxarmaq üçün Azərbaycanla işləməyə qərarlıdır." , - paylaşımda qeyd edilib.


Əlaqəli Xəbərlər