Menyu

ABŞ-nin Vitse-prezidenti İlham Əliyevə təşəkkür edib

Operativ Media
ABŞ-nin Vitse-prezidenti İlham Əliyevə təşəkkür edib

Azərbaycana səfər etdiyim üçün çox şadam.

Operativ Media xəbər verir ki, bunu Azərbaycana səfərini başa vuran ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vens jurnalistlərə açıqlamasında bildirib.

O, Azərbaycan Prezidenti ilə bir sıra əhəmiyyətli məsələləri müzakirə etdiyini diqqətə çatdırıb.

Vens ABŞ Prezidenti Donald Trampın liderliyi sayəsində Cənubi Qafqazda müharibə əvəzinə əmin-amanlığın olacağına, ticarətin aparılacağına diqqət çəkib.

ABŞ-nin Vitse-prezidenti Azərbaycana səfərini möhtəşəm adlandırıb və bunun üçün Prezident İlham Əliyevə təşəkkür edib.

Azərbaycan Prezidentini nüfuzlu dünya lideri adlandıran Vens dövlət başçısı ilə regional və qlobal məsələləri, eyni zamanda, terrorla mübarizəni müzakirə etdiyini vurğulayıb.

“Beləliklə, bu, əla bir səfər idi”, - Vens əlavə edib.

Əlaqəli Xəbərlər