Menyu

Dövlət Departamenti: Vensin Bakıya səfəri regional sabitlik üçün möhkəm zəmin yaradıb

Operativ Media
Dövlət Departamenti: Vensin Bakıya səfəri regional sabitlik üçün möhkəm zəmin yaradıb

ABŞ Vitse-prezidenti Cey Di Vensin Azərbaycana səfəri regionun sabitliyi və ümumi iqtisadi inkişafı üçün möhkəm təməl qoyub.

Operativ Media xəbər verir ki, ABŞ dövlət katibinin iqtisadi məsələlər üzrə müavini Ceykob Helberq "X" sosial şəbəkə hesabında etdiyi paylaşımda bildirib.

"Bakıya etdiyim məhsuldar səfər uğurla başa çatdı. Bu gözəl şəhərin səmimi qonaqpərvərliyi və dinamik, müasir enerjisi məndə dərin təəssürat yaratdı. Aydındır ki, Tramp administrasiyasının irəli sürdüyü beynəlxalq sülh və rifaha aparan yol (TRIPP) regionun gələcəyinə mühüm təsir göstərəcək. ABŞ-nin vitse-prezidenti Cey Di Vensin səfəri isə regional sabitliyin möhkəmlənməsi və ümumi iqtisadi inkişafın təşviqi baxımından əhəmiyyətli addım oldu", - o, qeyd edib.


Əlaqəli Xəbərlər