Menyu

Zelenski: Ukraynanın enerji obyektlərinə hücum olub

Operativ Media
Zelenski: Ukraynanın enerji obyektlərinə hücum olub

Rusiya ordusu fevralın 12-nə keçən gecə Ukraynanın enerji obyektlərinə 25 ballistik və bir qanadlı raket, həmçinin 200-dən çox dron tətbiq edərək zərbələr endirib.

Operativ Media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün "Telegram" kanalında məlumat yayıb.

"Energetikaya növbəti kütləvi zərbə - yenə çox sayda ballistik raketdən istifadə olunub. Rusiyanın bütün bu vasitələrinin əksəriyyəti məhz energetika obyektlərinə qarşı yönəlmişdi: bu gecə 24 ballistik raket, daha bir qanadlı raket, həmçinin 200-dən çox dron buraxılıb", - deyə o yazıb.

Zelenski bildirib ki, hazırda Kiyev, Odessa və Dnepropetrovskda zərbələrə məruz qalan infrastrukturun bərpası işləri aparılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər