Menyu

TƏBİB: Yanvar ayı ərzində çağrı mərkəzinə 13 mindən çox zəng daxil olub

Operativ Media
TƏBİB: Yanvar ayı ərzində çağrı mərkəzinə 13 mindən çox zəng daxil olub

Yanvar ayı ərzində TƏBİB-in “815” Çağrı Mərkəzinə ümumilikdə 13 114 zəng daxil olub.

Operativ Media xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Müraciətlərdən 12 960 zəng müvafiq olaraq dərhal cavablandırılıb, 154 müraciət isə Çağrı xidməti şöbəsi tərəfindən araşdırılması üçün qəbul edilib. 70 müraciət ilə bağlı vətəndaşlara müvafiq izahatlar verilib, 44 müraciət ilə bağlı məsələ həll edilib, 40 müraciət isə elektron sənəd dövriyyəsi üzərindən rəsmiləşdirilərək aidiyyəti üzrə yönləndirilib.

Daxil olan müraciətlərin mövzusu, əsasən, müayinə və müalicənin təşkili, əlillik məsələləri, dərman təminatı, tibbi heyət və tibbi xidmətdən şikayət, kadr məsələləri, tibbi arayış və sənədlərin verilməsi ilə bağlı olub.

Qeyd edək ki, TƏBİB-in “815” Çağrı Mərkəzi 2022-ci ilin dekabr ayında fəaliyyətə başlayıb. Mərkəzin yaradılmasında əsas məqsəd daxil olan müraciətlərin çevik cavablandırılması, aidiyyəti üzrə yönləndirilməsi və ən əsası, vətəndaş məmnunluğunun təmin edilməsidir.

Vətəndaşlar TƏBİB-in Çağrı Mərkəzi ilə əlaqə saxlamaqla yanaşı, yazılı müraciətləri birbaşa quruma təqdim edə, qurumun rəsmi internet səhifəsi, eləcə də elektron poçt ünvanı üzərindən onlayn şəkildə müraciətlərini ünvanlaya bilərlər.


Əlaqəli Xəbərlər