Menyu

Ötən ay 48 aptekdə yoxlama aparılıb

Operativ Media
Ötən ay 48 aptekdə yoxlama aparılıb

Ötən ay Azərbaycanda 48 əczaçılıq müəssisəsində yoxlama aparılıb.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən Operativ Media-ya verilən məlumata görə,  yoxlamalardan 10-u Bakı şəhərində, 38-i isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə həyata keçirilib.

Keçirilən yoxlamaların 32-si planlı, 16-sı isə plandankənar olub.

Nəticələrə əsasən, 7 aptekdə müxtəlif nöqsanlar aşkar edilib.

Aşkarlanmış pozuntularla bağlı İnzibati Xətalar Məcəlləsinin 452.1, 452.2 və 452.3-cü maddələri üzrə müvafiq inzibati protokollar tərtib edilib.

Əlaqəli Xəbərlər