Ərdoğan və İraqın Baş naziri arasında telefon danışığı olub
Operativ Media
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İraqın Baş naziri Məhəmməd Şiə əs-Sudani arasında telefon danışığı olub.
Operativ Media xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının "X"dəki hesabında məlumat yayılıb.
Liderlər Türkiyə ilə İraq arasındakı ikitərəfli əlaqələri, regional və qlobal məsələləri müzakirə ediblər.
Ərdoğan Türkiyə ilə İraqın müxtəlif sahələrdə əlaqələri inkişaf etdirəcəyini bildirib. O qeyd edib ki, terrorizmlə mübarizə mövzusunda əməkdaşlığı artırmaq hər iki ölkənin xeyrinədir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net