İlham Əliyev: Mesajlarımız həmişə olduğu kimi aydındır
Operativ Media
“İlk dəfədir ki, bu tədbirdə artıq sülhü əldə etmiş dövlət başçısı kimi iştirak edirəm.”
Operativ Media xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Münxendə yerli televiziya kanallarına müsahibəsində deyib.
Dövlət başçısı bildirib ki, tədbirdə Azərbaycanın artan rolu və imkanları tədbirin gündəliyində olacaq:
“Mesajlarımız həmişə olduğu kimi aydındır: sülh, əməkdaşlıq, tərəfdaşlıq. Təbii ki, təhlükəsizlik, enerji, nəqliyyat süni intellekt və bu kimi digər sahələr dünyanın gündəliyini təşkil edir. Ona görə Azərbaycan da burada geridə qalmır.”