Menyu

Tramp: ABŞ Avropa ilə danışıqlar aparır

Operativ Media
Tramp: ABŞ Avropa ilə danışıqlar aparır

ABŞ Prezidenti Donald Tramp Vaşinqton administrasiyası ilə Avropa liderləri arasında Qrenlandiya ilə bağlı danışıqların davam etdiyini açıqlayıb.

Operativ Media xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.

Tramp Ağ Ev həyətində jurnalistlərə açıqlamasında Avropa ilə münasibətlərin yaxşı olduğunu və hazırda Qrenlandiya məsələsi üzrə müzakirələrin aparıldığını bildirib.

ABŞ lideri İran mövzusuna da toxunaraq qeyd edib ki, əgər ABŞ və İran arasında razılıq əldə olunmasa, yaxın vaxtlarda İran istiqamətinə ikinci ABŞ aviadaşıyıcı qrupu göndəriləcək.

Onun sözlərinə görə, aviadaşıyıcılardan biri artıq bölgədədir, digəri isə tezliklə yola düşəcək və onu müşayiət edən gəmilər İran sahillərinə doğru istiqamətlənəcək.

Tramp vurğulayıb ki, razılaşma əldə olunmadığı təqdirdə bu addım zəruri olacaq və proseslər Tehran və Vaşinqton arasında danışıqların nəticəsindən asılıdır.

Əlaqəli Xəbərlər