Menyu

Putin: Rusiya İranın təhlükəsizliyini təmin etmək səylərini dəstəkləyir

Operativ Media
Putin: Rusiya İranın təhlükəsizliyini təmin etmək səylərini dəstəkləyir
1 dəq oxu

Rusiya İranın suverenliyini, qanuni maraqlarını qorumaq və mövcud vəziyyətdə ölkənin təhlükəsizliyini təmin etmək səylərini dəstəkləyir. 

Operativ Media Rusiya Prezidenti Vladimir Putin bunu İslam İnqilabının qələbəsinin 47-ci ildönümü münasibətilə İran Prezidenti Məsud Pezeşkiana ünvanladığı təbrik məktubunda yazıb.

"Rusiya İranın suverenliyini, qanuni maraqlarını qorumaq və hazırkı mürəkkəb beynəlxalq vəziyyətdə ölkənin təhlükəsizliyini təmin etmək səylərini dəstəkləyir", - məktubda qeyd olunub.

Qeyd olunur ki, Putin həmçinin Moskva ilə Tehran arasında strateji tərəfdaşlığın davamlı olaraq möhkəmlənəcəyinə əminliyini ifadə edib.

Əlaqəli Xəbərlər