Menyu

Münxendə sülh dərsi: İlham Əliyev manipulyasiyalara cavab verdi - RƏY

Operativ Media
Münxendə sülh dərsi: İlham Əliyev manipulyasiyalara cavab verdi - RƏY

İlham Əliyev Münxen Təhlükəsizlik Konfransına sülhə nail olan lider kimi qatılıb. Artıq gündəmdə iqtisadi əlaqələr, ticarət və tranzit dəhlizləri dayanır. Prezidentə ən çox verilən suallar Ermənistanla sülh sazişi və TRIPP layihəsi ilə bağlı olub. Həm "France 24" kanalına müsahibədə, həm də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən panel iclasında səsləndirilən sualların, sanki bəzi dairələrin sülh prosesindən və layihədən narahat olduğu təəssüratı yaratdığı qeyd olunur. İlham Əliyevin əsaslandırılmış cavabları bu cəhdləri boşa çıxardı.

Operativ Media xəbər verir ki, mövzu ilə bağlı deputat, siyasi elmlər doktoru Rizvan Nəbiyev açıqlama verib.

O bildirib ki, Azərbaycan Respublikası müstəqilliyini qazandıqdan, xüsusilə 1990-cı illərin ortalarından etibarən təşəbbüskarı olduğu böyük layihələrdə hər zaman bu cür müqavimətlə qarşılaşıb. Deputatın sözlərinə görə, Azərbaycan dövləti bütün maneələri dəf edərək, öz resursları və qurduğu tərəfdaşlıq əsasında bu layihələri həyata keçirib və bu gün ona qarşı çıxan qüvvələrin də həmin layihələrdən bəhrələndiyi müşahidə olunur.

R.Nəbiyev qeyd edib ki, bu baxımdan indi də Zəngəzur dəhlizi ilə bağlı etirazların olması nə təəccüb doğurur, nə də Azərbaycanın addımlarını geri çəkməsinə səbəb ola bilər.

Onun sözlərinə görə, Prezident Münxendə keçirilən konfransa sülh gündəliyi ilə qatılıb.

Açıqlamada Azərbaycanın danışıqlara açıq olması ilə bağlı mesajın verildiyi, eləcə də Fransa Prezidenti ilə ötən görüşün Kopenhagendə keçirildiyi və burada hər iki ölkənin aidiyyəti qurumlarına münasibətlərin normallaşdırılması ilə bağlı göstəriş verildiyi vurğulanıb.

R.Nəbiyev hesab edir ki, növbəti aylarda Fransa tərəfi də səmimi addımlar atarsa, Fransa-Azərbaycan münasibətlərində normallaşma ilə bağlı ciddi addımların şahidi olmaq mümkündür.

Əlaqəli Xəbərlər