Menyu

Deputat: Azərbaycan beynəlxalq platformalarda sözünü inamla deyir

Ayşən Sadıxzadə
Deputat: Azərbaycan beynəlxalq platformalarda sözünü inamla deyir

“Cənab Prezidentin Almaniyaya səfəri çərçivəsində Münxen Təhlükəsizlik Konfransında iştirakı dünya siyasətinin ən mühüm platformalarından birində Azərbaycanın növbəti dəfə təmsil olunması ilə yadda qaldı. Bu konfrans hər il qlobal təhlükəsizlik, geosiyasi proseslər və beynəlxalq münasibətlər sistemindəki aktual çağırışların müzakirə olunduğu əsas müzakirə məkanlarından biri kimi qəbul edilir”.

Bu sözləri Operativ Media-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib. 

O bildirib ki, İlham Əliyev ənənəvi olaraq bu tədbirdə iştirak edərək həm qlobal gündəlikdə duran məsələlərə münasibət bildirir, həm də beynəlxalq auditoriyaya Azərbaycanın mövqeyini və həqiqətlərini çatdırır:

“Bu il də Prezident çıxışında regional təhlükəsizlik, post-münaqişə dövründə yaranmış reallıqlar və əməkdaşlıq perspektivləri ilə bağlı aydın və arqumentli mövqe ortaya qoydu.

Xüsusilə müzakirələr zamanı Ermənistan təmsilçisinin alternativ regional layihə ilə bağlı səsləndirdiyi fikirlərə dövlət başçısı faktlara və hüquqi əsaslara söykənərək cavab verdi, irəli sürülən iddiaların əsassız olduğunu diqqətə çatdırdı. Bu polemika Azərbaycanın prinsipial və əsaslandırılmış mövqeyini bir daha nümayiş etdirdi.

Diqqət çəkən məqamlardan biri də auditoriyanın Prezidentə göstərdiyi yüksək hörmət və maraq idi. Görüş və ünsiyyət anları Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun göstəricisi kimi qiymətləndirilə bilər.

Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan artıq qlobal siyasi dialoqun fəal iştirakçısıdır və beynəlxalq platformalarda öz sözünü inamla deyə bilir. Dövlət başçısının çıxışları və mövqeyi ölkəmizin suverenliyinə, milli maraqlarına və müstəqil siyasət kursuna sadiqliyini bir daha nümayiş etdirdi”.

Əlaqəli Xəbərlər